Milli Məclis sədrinin müavini, millət vəkili Adil Əliyev ötən gün 20 saylı Nərimanov II seçki dairəsində yerləşən deputat ofisində seçiciləri, ərazi məhdudiyyəti olmadan şəhid ailələrinin və qazilərin növbəti dəfə qəbulunu keçirtdi.
RUBİN.AZ xəbər verir ki, qəbul zamanı qaldırılan müxtəlif məzmunlu müraciətlərin bir qismi millət vəkili tərəfindən yerindəcə həll olundu. Habelə, digər müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə dövlət orqanlarına, bələdiyyələrə məktublar hazırlandı. Eyni zamanda, peşəkar vəkillər tərəfindən müraciət edən vətəndaşlara hüquqi yardım göstərilərək müvafiq sənədlər hazırlandı.
Qeyd edək ki, ölkə başçısının vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi olaraq Adil Əliyev tərəfindən vətəndaşların mütəmadi olaraq qəbulu həyata keçirilir, müraciətlərinin dinlənməsi istiqamətində genişmiqyaslı iş aparılır. Həmçinin, ünvanına daxil olan bütün müraciətlər geniş şəkildə təhlil edilir və həlli istiqamətində addımlar atılır.