Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Gömrük orqanlarında çalışanların geyim normaları dəyişdi – CƏDVƏL
  • Gündəm

Gömrük orqanlarında çalışanların geyim normaları dəyişdi – CƏDVƏL

rubinroot Noyabr 2, 2023
gomruk_forma_021123

Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları”nda dəyişiklik edib.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliklər aşağıdakı kimidir:

1. Aşağıdakı məzmunda 1.6-1, 1.9-1, 1.11-1, 1.17-1, 1.18-1, 1.18-2, 1.19-1, 2.5-1, 2.8-1, 2.10-1, 2.17-1, 2.18-1-2.18-3-cü bəndlər əlavə edilsin:

1.6-1. Tünd mavi rəngli yaz-payız, yay və qış beysbolkası 1 ədəd (hər birindən) 2 il
1.9-1. Tünd mavi rəngli kapüşonlu gödəkcə 1 ədəd 5 il
1.11-1. Tünd mavi rəngli yaz-payız gödəkcəsi 1 ədəd 2 il
1.17-1. Açıq mavi rəngli uzunqol köynək 2 ədəd 2 il
1.18-1. Açıq mavi rəngli üçdüymə köynək 2 ədəd 1 il
1.18-2. Kişi və qadınlar üçün kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi və ya ətəyi düz uzunqol köynəklə geyinilən tünd mavi rəngli şalvar 1 ədəd 2 il
1.19-1. Kişi və qadınlar üçün üçdüymə köynəklə geyinilən tünd mavi rəngli yay şalvarı 1 ədəd 2 il
2.5-1. Tünd mavi rəngli yaz-payız, yay və qış beysbolkası 1 ədəd (hər birindən) 2 il
2.8-1. Tünd mavi rəngli kapüşonlu gödəkcə 1 ədəd 5 il
2.10-1. Tünd mavi rəngli yaz-payız gödəkcəsi 1 ədəd 2 il
2.17-1. Açıq mavi rəngli ətəyi qurşaqlı uzunqol köynək 2 ədəd 2 il
2.18-1. Açıq mavi rəngli üçdüymə köynək 2 ədəd 1 il
2.18-2. Kişi və qadınlar üçün kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi və ya ətəyi düz uzunqol köynəklə geyinilən tünd mavi rəngli şalvar 1 ədəd 2 il
2.18-3. Kişi və qadınlar üçün üçdüymə köynəklə geyinilən tünd mavi rəngli yay şalvarı 1 ədəd 2 il

1.34, 2.17 və 2.31-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

1.34. Qara rəngli göndən xüsusi bel kəməri 1 ədəd 2 il
2.17. Açıq mavi rəngli ətəyi düz uzunqol köynək 2 ədəd 2 il
2.31. Qara rəngli göndən xüsusi bel kəməri 1 ədəd 2 il

3.10-cu bənd ləğv edilsin.

Bundan başqa, ali rəis heyəti üçün göy, baş və orta rəis heyəti və kiçik heyət üçün tünd göy rəngli yundan toxunan pulover geyinmək tələbi ləğv edilib.

oxu.az

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”
Next: Fransada Qərbi Azərbaycanla bağlı ictimai birlik yaradılıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.