Ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərcivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, eyni zamanda Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə şəhid ailələri, qazilər, habelə 20 saylı Nərimanov II seçki dairəsinin əhatə etdiyi ərazidə yaşayan vətəndaşlar üçün pulsuz hüquqi yardım aksiyası təşkil edilib.
RUBİN.AZ xəbər verir ki, Adil Əliyevin Nərimanov rayonunda yerləşən deputat ofisində təşkil edilmiş aksiyada “Femida” vəkil bürosunun 12 nəfər vəkili tərəfindən müraciət etmiş çoxsaylı vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərilib.
Müraciətləri ilə əlaqədar vətəndaşlara hüquqi məsləhətlər verilib, məhkəmələrdə təmsilçilik ilə əlaqədar müvafiq iddia ərizələri hazırlanıb. Habelə, ayrı-ayrı dövlət orqanlarına müraciətlər hazırlanaraq göndərilib.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən hüquqi yardıma görə təşəkkürlərini bildirərək, razı qaldıqlarını qeyd ediblər. Qeyd edək ki, sözügedən silsilə tədbirlər mütəmadi olaraq davam etməsi nəzərdə tutulur.