İsrailin Müdafiə ordusu oktyabrın 7-si “Dəmir qılınclar” əməliyyatı başlayandan bu günə qədər Qəzza zolağında HƏMAS hərəkatına məxsus 11 min hədəfə zərbə endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu öz teleqram kanalında yayıb.
Bildirilir ki, ötən gecə ərzində İsrail qüvvələri Qəzza zolağı boyu terrorçuların bir neçə hədəfini vurub.
Məlumata görə, gecə endirilən zərbələrlə birlikdə vurulan hədəflərin sayı 11 minə çatıb.