26 oktyabrda Naxçıvan şəhərində “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini Adil Əliyev, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən təşkil edilib. Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Muxtar Respublikanın gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və şəhərlərindən olan 400-dən artıq gənc, Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri olan gənclər və kursantlar iştirak edib. Tədbir dövlət himninin səslənməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini Adil Əliyev çıxış edib. Adil Əliyev çıxışında Ulu öndərin həm sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dövrdə, həm də müstəqillik dövründə prezident kimi ölkədə gənclər siyasətinin təməlinin qoyulması və inkişafındakı müstəsna rolundan bəhs edib. O, Ulu öndərin atdığı konkret addımlar və qərarlarla onun gənclər siyasətini necə ərsəyə gətirdiyini əsaslandırıb.
O, qeyd edib ki, müdrik rəhbərin göstərişi əsasında hələ ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdi. Təkcə 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc aparıcı ali təhsil olcaqlarına göndərilmişdi. Onların əksəriyyəti geri qayıdaraq Azərbaycanda müxtəlif sahələrdə çalışdılar, mütəxəsisslərə çevrildilər. Gənclər Moskvadan başqa Kiyevdə, Xarkovda, Minskdə və Sankt-Peterburqda təhsil alırdılar. Onlar Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər. Ulu öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra müxtəlif çağırışlarla üzləşdi, çevrilişlərin qarşısını aldı, əsrin neft kontraktını imzaladı, halbuki, buna da mane olmaq istəyirdilər. Neftin dünya bazarlarına çatdırılması yolları müəyyənləşdi və ümummilli lider qardaş Türkiyəyə üstünlük verdi. Sabitliyin bünövrəsi möhkəmləndikdən sonra ümumilli lider gənclər siyasətini formalaşdırmağa başladı. Heydər Əliyev gəncləri ölkənin həm bu günü, həm də sabahı hesab edirdi.
Adil Əliyev Ulu öndərin gənclər siyasətinin hal-hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla və zamanın tələblərinə uyğun surətdə inkişaf etdirildiyini vurğulayıb. O, eləcə də milli-mənəvi dəyərlərimizə bağlı yetişmiş gəncliyimizin İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətdən, ölkəmizin ərazi bütövlüyünün bərpa və suverenliyinin bərqərar edilməsindən söhbət açıb. Ulu Öndərin banisi olduğu gənclər və idman siyasətini layiqli surətdə inkişaf etdirən Prezident İlham Əliyevin qarşımıza qoyduğu prioritetlərdən biri gənclərin elmli, təhsilli, layiqli vətəndaşlar kimi yetişdirilməsidirr. Azərbaycan gənclərinin dünyanın qabaqcıl universitetlərində təhsil alması məqsədilə cənab Prezidentin tapşırığı ilə xaricdə təhsillə bağlı xüsusi proqramlar həyata keçirilir, eləcə də yerli universitetlər və təhsil müəssisələri inkişaf etdirilir.
Sonda gənclərlə onları maraqlandıran mövzularda müzakirələr aparılıb. Milli Məclisin sədr müavini gənclərə hədiyyələr təqdim edib.
Rubin.az