Şənbə, 28 Noyabr 2026 22:41:28 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
28 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00
Siyasət

“Fransa bilməlidir ki, silahlanma Ermənistanı xilas etməyəcək” – Adil Əliyev

23.10.2023 15:28 · 3 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Fransa ermənipərəst mövqeyini gücləndirməyə qərar verib. Bu ölkənin müdafiə naziri Sebastien Lekornu ölkəsi ilə Ermənistan arasında silah satışı ilə bağlı saziş imzalayacaq. Ermənistanın müdafiə naziri bu məqsədlə Parisə gedib. Fransanın müdafiə naziri deyib ki, Ermənistana “sərhədlərinin mühafizəsini təmin etmək” imkanı vermək lazımdır. Yəni Parsin “məntiqinə” görə Ermənistanı “xilas etməyin yolu” bu ölkənin Azərbaycanla sərhədlərinin möhkəmlənməsindən keçir”.

Bu barədə Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib.

O qeyd edib ki, Ermənistan nə qədər silahlansa da Azərbaycanla ayaqlaşa bilməyəcək: “Birincisi, Azərbaycanla Ermənistan arasında sərhədlər hələ müəyyənləşməyib. Cənab Prezident İlham Əliyevin mövqeyi budur ki, başda sülh sazişi olmaqla sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqları intensivləşdirmək lazımdır. Ermənistanın baş naziri Nikol Paşinyan isə danışıqlara maraq göstərmir.

İkincisi, Fransa Cənubi Qafqazda sülh və əməkdaşlığa üstünlük verirsə, Ermənistana silah vər hərbi texnika əvəzinə ağıllı məsləhət verməliydi ki, problemlərin həlli qonşu dövlətlərlə münasibətlərin normallaşmasından və müvafiq sazişlərin imzalanmasından keçir. Fransa bunu etmirsə, demək, Cənubi Qafqazda sülh və əməkdaşlıqda maraqlı deyil. Ancaq Fransa onu da bilməlidir ki, silahlanma Ermənistanı xilas etməyəcək. Ermənistan nə qədər silahlansa da Azərbaycanla ayaqlaşa bilməyəcək, istisna deyil ki, Fransa gizli şəkildə Ermənistana hücum xarakterli silahlar da satsın”.

A.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin söylədiyi kimi, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır: “Cənab Prezidentin “əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq” açıqlaması Parisə ciddi xəbərdarlıqdır. Mümkündür ki, gələcəkdə Bakıdakı Hərbi Qənimətlər Parkında Fransa istehsalı olan hərbi texnika da nümayiş etdirilsin”.

↑