Şənbə, 28 Noyabr 2026 22:49:36 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
28 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00
Gündəm

Vitse-spiker Adil Əliyev: Azərbaycan qadını bütün sahələrdə uğur qazanır.

19.10.2023 12:15 · 3 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Milli Məclis sədrinin müavini Adil Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Azərbaycan Qadınlarının Qurultayında iştirak edir. Vitse-spiker çıxışında Milli Məclisin sədr müavini Sahibə xanım Qafarovanın salamlarını və xoş arzularını qurultay iştirakçılarına çatdıraraq, qurultayın işinə uğurlar arzulamışdır. Azərbaycanda dövlət siyasətinin bütün digər istiqamətləri kimi, qadınlar barəsində həyata keçirilən siyasətin əsas prinsipləri də Ulu Öndər tərəfindən müəyyən edilməsini bildirən vitse-spiker Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamasını qeyd etmişdir. Onun təşəbbüsü ilə Azərbaycan Respublikası qadın hüquqlarının qorunması ilə bağlı mühüm beynəlxalq sənədlərə qoşulmuş, ölkəmizdə bu sahə ilə bağlı fəaliyyətin möhkəm hüquqi bazası yaradılmışdır. Prezident İlham Əliyevin qadın siyasətinə xüsusi diqqət yetirməsini bildirən sədr müavini, Birinci xanım Mehriban Əliyevanın timsalında dünyanın Azərbaycan qadınının bütün sahələrdə qazandığı uğuru gördüyünü bildirmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə başladılmış “Xocalıya Ədalət” kompaniyası ilə həqiqətlərimizin dünyaya çatdırıldığını qeyd etmişdir.
Azərbaycan qadınından bəhs edərkən, əlbəttə ki, başımızın tacı olan şəhid və qazi analarının rolunu xüsusi vurğulamalıyıq və hər zaman onlara sonsuz minnətdarlığımızı ifadə etməliyik deyə çıxışında bildirən vitse-spiker Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində Dövlət Bayrağını ucaldarkən, eləcə də Füzuli şəhərində sakinlərlə görüşündə vurğuladığı kimi, hərbi əməliyyatlar nə qədər dürüst hazırlansa da, qələbəni əldə edən Azərbaycan övladları, əsgər və zabitlər olmasını diqqətə çatdırmışdır. Çünki ilk növbədə onlar sinələrini irəli verib vətənin azadlığı uğrunda canlarını fəda etmişlər. Bu cür vətənpərvər və qorxmaz gəncliyimizin formalaşmasında ailə və məktəb tərbiyəsi son dərəcə böyük əhəmiyyətə malikdir. Azərbaycan qadınları həm ana olaraq ailədə, həm də müəllim, tərbiyəçi olaraq təhsil ocaqlarında övladlarımızın xalqa və torpağa məhəbbət ruhunda yetişməsi naminə fədakarcasına çalışmışlar və bu gün də çalışırlar. Əminəm ki, bu sahədə görülən işlər bundan sonra da uğurla davam edəcək, Azərbaycan qadınının cəmiyyətdə fəal rolu və layiqli yeri hər zaman qorunub saxlanacaq və inkişaf edəcəkdir.

↑