Zaqatalada 44 yaşlı qadın göbələkdən zəhərlənib.
“Unikal” xəbər verir ki, bu gün səhər saatlarında rayonun Yuxarı Tala kənd sakini, 1979-cu il təvəllüdlü Günəş Mövləddin qızı Əsgərova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.Müayinə zamanı 44 yaşlı qadının göbələkdən zəhərləndiyi məlum olub. G.Əsgərovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün axşam saatlarında Bakı şəhərinə Kliniki Tibbi Mərkəzin nəznindəki Respublika Toksikologiya Mərkəzinə göndərilib.