Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan ediləcək.
“Qafqazinfo” Türkiyənin NTV kanalına istinadən xəbər verir ki,milli matəmin bu gün dərc olunacaq Prezident Fərmanı ilə başlayacağı gözlənilir.
AK Partiya sözçüsü Ömər Çelik məsələ ilə bağlı açıqlama verib:
“Bu, böyük millətimizin Fələstindəki məzlumlarla həmrəyliyinin və qəlbimizin onlarla olduğunun ifadəsidir”.
Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İsrail ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini bildirib. `