Şənbə, 28 Noyabr 2026 22:55:35 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
28 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00
Siyasət

İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı

14.10.2023 11:25 · 3 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bəyanatı

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub.

Bu gün Azərbaycan Respublikası həm də vətəndaş cəmiyyətinin güclü olduğu ölkədir, qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün ötən onilliklər ərzində zəngin qanunvericilik bazası, əlverişli mühit formalaşıb, bu sektorun inkişafı üçün mühüm qərarlar qəbul olunub.

Müstəqilliyimizin bərpasının ilk illərində qeyri-hökumət təşkilatlarının təşəkkülü sistemliliyin olmaması və pərakəndəliklə müşayiət olunurdu. Ümummilli lider Heydər Əliyev dövlət tərəfindən vətəndaş cəmiyyətinə münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesini uğurla apardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra qeyri-hökumət təşkilatlarının keyfiyyət və kəmiyyət artımı, eyni zamanda fəaliyyət növləri üzrə diferensiasiyası başladı. 2000-ci ildə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” yeni Qanun qəbul edildi.

Ulu Öndər Heydər Əliyevin siyasəti qeyri-hökumət təşkilatlarını vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevirdi, dövlət orqanları ilə QHT-lərin bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı təşviq edildi.

2003-cü ildə ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni inkişaf mərhələsi başladı, bu sahəyə konseptual yanaşma ortaya qoyuldu.

Prezident İlham Əliyev qısa müddətdə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasını təsdiq etdi. Bu Konsepsiya dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq mexanizmlərini xeyli təkmilləşdirdi və genişləndirdi. Bundan sonra qanunçuluq, tərəfdaşlıq, şəffaflıq, uzlaşdırma və məsuliyyət qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin 5 əsas prinsipi kimi müəyyən edildi.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə artıq ixtisaslaşmış milli donor  institutu təsis edildi. Sonrakı illərdə tədricən QHT-lərə qrant verə bilən dövlət qurumlarının sayı artırılaraq 14-ə çatdırıldı.   

Prezident İlham Əliyev 2013-cü ildə vətəndaş cəmiyyət institutlarının dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, qərarların qəbulunda iştirakını fəallaşdırmaq, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarəti gücləndirmək üçün “İctimai iştirakçılıq haqqında” Qanun qəbul etdi. İctimai Şuraların formalaşdırılması QHT-lərin dövlət siyasətində iştirakının institusional mexanizmini yaratdı.

Prezident İlham Əliyevin QHT-ləri dövlət proqramlarında və milli fəaliyyət planlarında əsas tərəfdaşlar kimi görməsi vətəndaş cəmiyyəti təsisatlarına olan etimadın növbəti nümunəsidir. Bu strateji inklüzivlik QHT-lərin rolunu gücləndirməklə yanaşı, onların bacarıqlarına olan ictimai inamı da artırdı. QHT-lərin dövlət qurumları ilə kommunikasiyaları gücləndi və müxtəlif sahələrdə siyasətin işlənib hazırlanmasına töhfə vermək imkanları genişləndi.

2003-cü il, 2008-ci il, 2013-cü il, 2018-ci il prezident seçkilərinin nəticələri bir daha göstərdi ki, Azərbaycan xalqının seçimi yalnız Prezident İlham Əliyevdir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan cəmiyyətinin ən ağrılı yarası olan münaqişəni geridə qoydu, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi hər bir azərbaycanlıya qələbə sevincini bəxş etdi.

Post-müharibə dövrü vətəndaş cəmiyyəti qarşısında da yeni məqsəd və vəzifələr müəyyənləşdirdi.

2021-ci ilin aprelində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi sahəsində daha bir addım oldu. Agentlik müsabiqələr yolu ilə QHT layihələrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, ictimai iştirakçılıq, ictimai nəzarət  mexanizmlərinin, imkanlarının yaradılması, QHT-lərə təlim, metodiki dəstək verilməsi, özəl sektorla əməkdaşlığın təşviqi və digər vasitələr, alətlərlə QHT-lərin inkişafını dəstəkləyir. 

Ötən 20 illik dövr bir daha göstərdi ki, Prezident İlham Əliyev vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün aydın proqrama malikdir, QHT-lərin cəmiyyət və dövlət həyatında fəal iştirakının təmin edilməsi, dövlət və ictimai maraqların qorunmasında rolunun gücləndirilməsi əsas məqsədlərdən biridir və bu istiqamətdə ardıcıl siyasət aparılır. Əgər 2003-cü ildə ölkədə QHT-lərin sayı təxminən 1500 idisə, ötən dövr ərzində bu rəqəm 2 dəfədən çox artaraq 3700-ü keçib. 

Yaradılmış əlverişli mühit nəticəsində Azərbaycanda artıq elə bir vətəndaş cəmiyyəti formalaşıb ki, regional proseslərə istiqamət vermək qabiliyyətindədir. Şuşa-Xankəndi yolundakı aksiya bunun bariz nümunələrindən biridir.

Artıq Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş bir dövlətdir.

2023-cü ilin sentyabrında cəmi 23 saat 51 dəqiqə ərzində terrorçuları ağ bayraq qaldıraraq təslim olmağa, oyuncaq kriminal hərbi xunta rejimini özünü buraxmağa vadar etmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Prezident İlham Əliyev Azərbaycan xalqını və cəmiyyətini arzularına qovuşdurur, onun liderliyi ilə ötən 20 ildə tarix, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətlərə imza atılıb. Sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nəaliyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib.  

Biz, qalib ölkənin qalib vətəndaşları, Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri kimi Sizinlə fəxr edirik, cənab Prezident!

Azərbaycan vətəndaş cəmiyyəti bundan sonra da dövlətimizin milli maraqlarının keşiyində dayanacaq, bu yolda bütün imkanlarını səfərbər edəcək.

↑