Milli Məclisin sədri Sahibə Qafarovanın xarici ölkələrin parlamentləri və beynəlxalq parlament təşkilatları ilə qurulmuş yüksək əlaqələr hesabına spikerlərin qarşılıqlı səfərləri həyata keçirilir. Bu gün ölkəmizdə səfərə gələn Serbiya Parlamentinin sədri Vladimir Orliç rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Fəxri xiyabanı ziyarət edərək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyaraq tər çiçəklər düzdü. Daha sonra nümayəndə heyəti ilə birlikdə Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıldı, məzarları üzərinə tər çiçəklər düzüldü və Serbiya Milli Assambleyasının sədri “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.