Millət vəkili Adil Əliyev Şəhidlər Xiyabanını ziyarət edərək, qəhrəmanlarımızın əziz xatirəsini yad edib, onların ailə üzvləri ilə görüşüb.
Millət vəkili Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində rəşadətli Ordumuzun tərkibində göstərdikləri şücaətdən bəhs eib. Qeyd edib ki, Şəhid ailələri bu gün qürurludurlar, övladları Vətən uğrunda şəhadətə ucalsa da qanlarının töküldüyü Vətən torpağı artıq azaddır.
“Ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib, şanlı üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. Bu gün anım tədbirləri qeyd olunan şəhid Həsənağa Abdullazadənin ailəsinin timsalında bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir, şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirəm”-deyə A.Əliyev qeyd edib.