Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş verən yanğında 56 nəfər ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Vyetnam polisi yanğın nəticəsində 37 nəfərin yaralandığını açıqlayıb.
Bildirilib ki, təxminən 150 nəfərin yaşadığı binada həyatını itirən 56 nəfərdən 39-nun şəxsiyyəti müəyyən edilib.
Polis bina sahibini yanğın təhlükəsizliyi qaydalarını pozub-pozmadığını araşdırmaq üçün saxlayıb.