Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Bakıda leysan olacaq – XƏBƏRDARLIQ
  • Gündəm

Bakıda leysan olacaq – XƏBƏRDARLIQ

rubinroot Sentyabr 7, 2023
64f9b3500f56f64f9b3500f5701694085968b1f995ff2be7298f154af396f134608e

Bakıda və Abşeron yarımadasında sentyabrın 9-dan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Sentyabrın 10-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 mn /s, səhər və gündüz bəzi yerlərdə arabir 30-34 m/s-dək güclənəcəyi gözlənilir.

Sentyabrın 12-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay,
Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Rusiyada yük maşını velosipedçiləri vurub, 2 nəfər ölüb
Next: DİM qabiliyyət imtahanlarından müsbət qiymət alıb I mərhələdə ali məktəblərə qəbul ola bilməyənlərə müraciət edib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.