Sentyabrın 1-də Siyəzən rayonu ərazisində xəsarət alan şəxslərdən biri vəfat edib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq Siyafət Əmirovanın həyatını xilas etmək mümkün olmayıb.
S.Əmirova qəzada dünyasının dəyişən Samir Əmirovun anasıdır.
Qeyd edək ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınan qəzada ata və 3 yaşlı oğlu dünyasını dəyişmiş, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.