Bazar, 29 Noyabr 2026 00:31:41 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00
Gündəm

Separatçılar görüş üçün Bakıya yalvarır – Oyun bitdi

28.08.2023 09:48 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Xankəndidəki separatçıların üç gün öncə – avqustun 25-də rəsmi Bakı ilə görüşün təşkil edilməsi üçün Rusiyaya ünvanladığı müraciət cavabsız qalıb.

Rubin.az Publika.az-a istinadən xəbər verir ki, separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan görüşün “təhlükəsiz yerdə” keçirilməsini istədiklərini açıqlamışdı. Separatçılar “təhlükəsiz yer” dedikdə Bakının təklif etdiyi əraziləri – Bərdə, yaxud Yevlax şəhərlərini istisna edir, onlar daha çox Rusiya sülhməramlılarının nəzarətində olan yerdə danışmaq istəyirlər.

Nersisyanın açıqlamasında əsas diqqətçəkən məqamlardan biri “Bakı ilə danışıqların xalqa açıq olması” ilə bağlı dedikləridir. Separatçı bildirir ki, “təşəbbüs göstərmək, xalqa açıq dialoq aparmaq lazımdır”.

Separatçılar bir tərəfdən Rusiyaya Bakı ilə görüşün təşkil edilməsi üçün yalvarır, digər tərəfdən, “dialoq xalqa açıq olmalıdır” deyir. Bu, onların düşdüyü çıxılmaz vəziyyətdən xəbər verir.

Bakı Ağdam yolundan istifadədə israrlıdır və Qarabağdakı erməni nümayəndələri ilə Yevlax, daha sonra Bərdədə görüşün keçirilməsini, Ağdam marşrutu və reinteqrasiya məsələsinin müzakirəsini təklif etdi. Ağdam yolundan istifadənin alternativi yoxdur, bunu separatçılar da anlayır. Erməni mənbələr ötən həftə məlumat yayırdı ki, Araik və başının dəstəsi Ağdam yolundan istifadəni müzakirə edir, yaxın günlərdə bununla bağlı qərarı açıqlayacaq. Bu məlumat separatçılar tərəfindən təkzib olundu, hərçənd, Nersisyanın açıqlamaları Ağdam yolunun açılmasını qəbul etmək məcburiyyətində qaldıqlarını göstərir. Lakin separatçılar öz oyunlarını oynamağa da cəhd edir: Ağdam yolunun açılması ilə razılaşmaq məcburiyyətində olsalar da, bununla bağlı müzakirələrin Yevlaxda, yaxud Bərdədə yox, sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdə keçirilməsinə çalışır, Rusiyanı vasitəçiyə, özlərini “tərəfə” çevirmək istəyirlər;

Xankəndidə üç gündür cavab gözləsələr də, nəticə yoxdur. Çünki Bakı onların istəklərini qəti şəkildə rədd edir. Yeganə yol Bakının təklif etdiyi ərazidə Ağdam marşrutunu, ümumiyyətlə reinteqrasiya prosesini müzakirə etməkdir.

↑