Hil iştahanı artırır, amma buna baxmayaraq arıqlamağa da kömək edir.
Bu barədə Texas Kənd Təsərrüfatı və Həyat Elmləri Kollecinin tədqiqatçıları apardıqları araşdırmadan sonra bildiriblər. Onların tədqiqatlarının nəticələri “International Journal of Molecular Sciences” jurnalında dərc olunub.Yeni araşdırmada heyvanlar üzərində təcrübələr aparılıb, onların qidalarına müxtəlif dozalarda hil toxumu əlavə edilib. Müəyyən olunub ki, hil iştahanı artırsa da, enerji xərclərini də artırır və bədən yağını azaldır.
Alimlər müəyyən ediblər ki, çəkisi 60 kq-a yaxın olan insan üçün hilin təxmini aktiv dozası ən azı 77 milliqramdır (yəni hər gün 8-10 ədəd).
Tədqiqatlar zamanı hilin yağ toxumasının parçalanmasını və qaraciyərdə, həmçinin skelet əzələlərində enerji istehsalını tənzimləyən sinir zəncirinə təsir etdiyi təsdiqlənib.
Hilin iltihab əleyhinə xüsusiyyətləri də müəyyən edilib. Alimlərin fikrincə, ədviyyat xroniki iltihaba və bir sıra xəstəliklərin inkişafına səbəb ola biləcək yüngül iltihabı azalda bilər.
Saglamolun.az