Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Moldova daha bir MDB sazişindən çıxdığını elan etdi
  • Gündəm

Moldova daha bir MDB sazişindən çıxdığını elan etdi

rubinroot Avqust 18, 2023
368559676_1024014938800786_4403990276249966805_n

Moldova hakimiyyəti 1992-ci il mayın 15-də Daşkənddə MDB Hökumət Başçıları Şurasının iclasında imzalanmış Sərhəd Qoşunlarının silahla təmin edilməsi prinsipləri haqqında Sazişdən çıxmaq qərarına gəlib.

Müvafiq qərar layihəsi təsdiq olunması üçün parlamentə təqdim edilib.

“Moldova Respublikası MDB-yə üzv dövlətlərin sərhəd qoşunlarının təminatı məsələləri üzrə qarşılıqlı fəaliyyət mexanizmlərini müəyyən edən sazişi ləğv edir”, – qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Respublika Daxili İşlər Nazirliyinin layihəyə verdiyi rəydə qeyd olunur ki, saziş imzalanandan qısa müddət sonra Moldova üçün aktuallığını itirib və icra olunmayıb. Bu il Moldova parlamenti MDB platformasında bağlanmış səkkiz sazişi ləğv edib. Daha altı sazişin ləğvi ilə bağlı qərarlar təsdiq olunması üçün Parlamentə təqdim edilib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kişineunun siyasətini ikitərəfli adlandırıb. Həmçinin Moldova hakimiyyətinin MDB-dən çıxmaq istəklərini bəyan etməklə, Birlikdə iştirakının sosial-iqtisadi faydalarından imtinasına tələsmədiyini deyib.

oxu.az

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı 27 nəfərə çatıb
Next: Aİ Azərbaycandakı QHT-ləri qeyri-leqal maliyyələşdirir?

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.