Bazar, 29 Noyabr 2026 01:37:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00
Siyasət

Naxçıvan MR-də fəaliyyət göstərən QHT-lər Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

14.08.2023 20:23 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Rubin.az müraciəti təqdim edir:

“Biz – Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları beynəlxalq ictimaiyyətə üz tutaraq bildiririk ki, Naxçıvan Muxtar Respublikası 30 ildən çoxdur blokada şəraitində yaşayır. Naxçıvan əhalisi blokadaya görə 15 ilə yaxın qazsız qalıb, hətta elektrik enerjisi yox idi. Azərbaycanın əsas hissəsindən gələn enerji xətləri Ermənistan tərəfindən kəsilmişdi. Naxçıvanla Bakı arasında əlaqələr dəmir yolu üzərindən idi və bu da 1992-ci ildə Mehridən gələn sonuncu qatar gülləbaran edildikdən sonra kəsildi.

Beynəlxalq birlik Naxçıvandakı dinc sakinlərin problemlərinin, eyni zamanda, blokadanın aradan qaldırılması üçün heç bir addım atmayıb və Ermənistana bu məsələdə heç bir təzyiq etməyib. Niyə bu illər ərzində bizim haqq səsimiz eşidilməyib?

Ermənistan hələ də Naxçıvan əhalisini, yaşayış məntəqələrini müntəzəm atəşə tutur. Əgər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və onun layiqli davamçısı, Prezident İlham Əliyev olmasa idi, Naxçıvan da Qarabağ kimi işğal olunardı.

Ermənistan Sədərəklə bitişik məntəqədə – Arazdəyəndə Espo Konvensiyasının tələblərinə zidd olaraq metallurgiya zavodu inşa edir. Bu, blokadaya məhkum edilmiş Naxçıvan əhalisinə qarşı ekoloji terror siyasətidir. Sözügedən transsərhəd ərazidə Azərbaycan hökumətinin razılığı olmadan, ağır sənaye zavodunun tikilməsi ətraf mühitin, havanın zəhərli tullantılarla çirklənməsinə, ekosistemin pozulmasına səbəb olacaq.

Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanmış 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına əməl etmir, Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir tədbir görmür. Biz bu barədə dünya ictimaiyyətinin Ermənistana ardıcıl çağırışlarını, sanksiyalarını gözlədiyimiz bir vaxtda, tam əksi baş verir.

Laçın yolunun guya bağlı olması barədə yalan məlumatlar, böhtanlar əsasında bir-birinin ardınca bəyanat verənlər, Azərbaycan dövlətini əsassız olaraq qınayanlar niyə bir dəfə də olsun Naxçıvanın on illərdir blokadada qalması barədə məsələ qaldırmayıblar? Laçın yolu istiqamətinə gələrək binoklla Azərbaycan tərəfə baxan xarici ölkə səfirləri niyə bir dəfə Naxçıvanın blokadasının aradan qaldırılması barədə söz deməyiblər? Bu qərəzli, riyakar, yanaşma bizi hiddətləndirir. Əgər beynəlxalq aləm bölgədə həqiqi blokada görmək istəyirsə, Naxçıvan Muxtar Respublikasına baxa bilər.

Azərbaycan Respublikası öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Laçında sərhəd-buraxılış məntəqəsi yaradılıb. Bu sərhəd-buraxılış məntəqəsi Qarabağın minalanmasının, bölgəyə terrorçu diversiya qruplarının göndərilməsinin qarşısını alır. Dinc insanların ölümünə bais olanları necə müdafiə etmək olar? Necə ola bilər ki, Ermənistan başqa dövlətin suveren ərazisindən “dəhliz” istəyir, amma özü suverenliyini bəhanə gətirib bundan imtina edir. “Suverenlik” anlayışı məgər universal deyil? Yoxsa, “suverenlik” anlayışı Ermənistan üçün başqa məna kəsb edir və ya onun üçün əlavə imtiyazdırmı? Əgər belə deyilsə, onda Zəngəzur dəhlizi niyə açılmır? Niyə bu barədə Ermənistana təzyiq yoxdur? Təəssüf ki, bu suallara cavab verilmir.

Biz 30 illik işğaldan sonra torpaqlarını öz gücü ilə azad edən, Ermənistanın tamamilə dağıtdığı, yer üzündən sildiyi ərazilərdə sıfırdan şəhərlər və kəndlər inşa edən, məcburi köçkünləri öz yurdlarına qaytaran Azərbaycana qarşı həyata keçirilən ikili standartlar siyasətini kəskin şəkildə pisləyirik.

30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan əhalisinin ümidi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılmasıdır. Zəngəzur dəhlizi açılmalı, blokada aradan qaldırılmalıdır. Necə ola bilər ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməni sakinlər üçün Laçın yolu ilə kommunikasiya imkanları yaradır, üstəlik Ağdam-Xankəndi yolunu da təklif edir, ancaq Ermənistan Naxçıvan əhalisinin hətta humanitar əsasda belə Azərbaycanın digər hissəsinə keçməsinə şərait yaratmır. Biz tələb edirik ki, dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etsin!

Biz tez-tez humanitar əsasda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın yolu ilə daşımalar həyata keçirdiyini müşahidə edirik. Beynəlxalq Qırmızı Xaç Komitəsinə də çağırış edirik ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanı təmin etsin.

İmzalar:

1. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Məcid Seyidov;

2. Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov;

3. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev;

4. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva;

5. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov;

6. Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Cəmiyyətinin sədri Yaşar Vəliyev;

7. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev;

8. Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov;

9. “Naxçıvan Muxtar Respublikası Çernobıl Əlilləri” İctimai Birliyinin sədri Eyvaz Əsgərov;

10. Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov;

11. Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov;

12. “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Valeh Mahmudov;

13. “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Sənan Bədəlov;

14. “Estafet” Gənclərin İctimai Birliyinin sədri Xanım İbrahimova;

15. “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin sədri Gülxanım Orucova”.

↑