Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Azərbaycan Universiadanı 38-ci pillədə başa vurub
  • İdman

Azərbaycan Universiadanı 38-ci pillədə başa vurub

rubinroot Avqust 8, 2023
805724be-94d0-4fc2-8297-e14ad6863ca6_850

Azərbaycan Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasını 38-ci pillədə başa vurub.

“Report” xəbər verir ki, idmançılarımız yarışda 3 gümüş və 6 bürünc medal qazanıblar.

Bədii gimnastikada Zöhrə Ağamirova 2 gümüş və 1 bürünc medala yiyələnib.

Cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) ikinci, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) üçüncü yeri tutublar. Daha bir bürünc medalı kişilərdən ibarət cüdo millimiz əldə edib.

Taekvondoda Minayə Əkpərova (46 kq), avarçəkmədə Bəhmən Nəsiri fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Qeyd edək ki, XXXl Ümumdünya Yay Universiadasında ümumilikdə 53 ölkə idmançıları medal qazanıblar. İlk üç pillədə Çin (103 qızıl, 40 gümüş, 35 bürünc), Yaponiya (21 qızıl, 29 gümüş, 43 bürünc) və Cənubi Koreya (17 qızıl, 18 gümüş, 23 bürünc) qərarlaşıblar.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Kolleclərə qəbul üçün müsabiqənin nəticələri elan olunub
Next: Krımda partlayış olub

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.