Türkiyədə ordu generalı Metin Gürak ölkənin Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin edilib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə qərar ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın iclası zamanı qəbul edilib.
63 yaşlı M.Gürak bu təyinata qədər 2-ci Ordu komandanı olaraq fəaliyyət göstərib.