Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb
  • İdman

Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb

rubinroot İyul 31, 2023
6178be43-a295-3140-8b66-276938d82cd0_850

Azərbaycan taekvondoçusu Minayə Əkbərova Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.

“Report” xəbər verir ki, 22 yaşlı idmançı 46 kq çəki dərəcəsində üçüncü yeri tutub.

O, 1/8 finalda amerikalı Karine Leclerbqi, növbəti raundda isə fələstinli Miar Qabahanı eyni hesabla (2:0) məğlub edib. Taekvondoçu yarımfinalda Yinq-Hsuan Huanqla (Çin Taypeyi) üz-üzə gəlib. Əkbərova bu dəfə məğlubiyyətə üzülüb və bürünc medala layiq görülüb.

Azərbaycan millisinin digər taekvondoçuları Səyyad Dadaşov (54 kq) və Yaşar Məmmədli (68 kq) 1/8 finalda uduzaraq mübarizəni dayandırıblar.

Qeyd edək ki, daha əvvəl cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanıblar, bədii gimnast Zöhrə Ağamirova isə ikinci yeri tutub.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Xaricdə ali təhsil alanların imtahan vaxtı dəyişdirildi
Next: Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü başa çatıb – YENİLƏNİB

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.