Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Prezident Mərkəzi Bankla bağlı Fərman imzaladı
  • Gündəm

Prezident Mərkəzi Bankla bağlı Fərman imzaladı

rubinroot İyul 31, 2023
amb

Prezident İlham Əliyev “Mərkəzi Bank haqqında” Qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə Fərman imzalayıb.

RUBİN.AZ   xəbər verir ki, Fərmanla qurum aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir:

– Kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydaları, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına dair minimum tələblər;

– İnvestisiya pul nişanlarının satışı qaydası;

– Pul nişanlarının reproduksiyası qaydası;

– Ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydaları, həmçinin ödəniş alətlərinə dair tələblər;

– Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı qaydası;

– Xüsusi tənzimləmə rejiminin tətbiqi qaydası;

– Lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forması və məzmunu;

– Yoxlama haqqında hesabatın tərtib edilməsi qaydası, habelə forması və məzmunu.

Bundan başqa, Mərkəzi Bank yenilənmiş qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Son günlərdə uşaqlarda müşahidə edilən qusma, hərarət nəyin əlamətləridir? – HƏKİMDƏN HƏYƏCAN TƏBİLİ + FOTO
Next: Bu xidmət üçün lisenziya tələb olunur – Nazirlikdən xəbərdarlıq

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.