Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • “Qarabağ” Polşada uduzub
  • İdman

“Qarabağ” Polşada uduzub

rubinroot İyul 27, 2023
64c178ea2843664c178ea28437169040100264c178ea2843064c178ea28433

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib.

Apasport.az saytının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edən Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsinin ilk matçında “Rakuv”un qonağı olub.

Ağdam klubu Polşa çempionu ilə qarşılaşmada məğlubiyyət acısı yaşayıb. Oyunun birinci hissəsində qapılara qol vurulmasa da, fasilədən sonra komandalar fəallıq göstəriblər. “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin səhvləri nəticəsində meydan sahibləri hesabda 2:0 önə keçiblər. Bu amil çempionumuzu ruhdan salmayıb və qısa müddət ərzində hesabı bərabərləşdırmək mümkün olub. Cica 74 və 76-cı dəqiqələrdə dubl edib. Amma Polşadan sərfəli nəticə ilə dönmək mümkün olmayıb. Əsas vaxta əlavə olunmuş ilk dəqiqədə oyuna sonradan daxil olan Kittel uzaqdan zərbə ilə “Rakuv”a qələbə qazandıran qolun müəllifi olub.

Qeyd edək ki, cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Özbəkistanın Baş naziri Əli Əsədova məktub ünvanlayıb, səfərə dəvət edib
Next: 520-ci gün: Rusiyanın itkiləri açıqlandı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.