Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Özbəkistanın Baş naziri Əli Əsədova məktub ünvanlayıb, səfərə dəvət edib
  • Siyasət

Özbəkistanın Baş naziri Əli Əsədova məktub ünvanlayıb, səfərə dəvət edib

rubinroot İyul 27, 2023
64c20eff2969c64c20eff2969d16904394237575031b6aea178344e5d26e1dee6b1b

Cari ilin 18-19 iyul tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olan Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Məktubda qeyd edilir ki, səfər zamanı Özbəkistan nümayəndə heyəti uğurla həyata keçirilən dəyişikliklər sayəsində Azərbaycan Respublikasının bütün sahələrdə inkişaf etdiyinin şahidi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan dostluğun və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha yüksək səviyyəyə çatdırılması ilə bağlı Azərbaycan və Özbəkistan liderlərinin yüksək əzmkarlığının hiss olunduğu vurğulanıb.

Bildirilib ki, Bakı şəhərində yüksək səviyyədə təşkil olunmuş tədbirlər, gündəlikdə duran aktual məsələlər, aparılmış açıq və səmimi danışıqlar Azərbaycanla Özbəkistan arasında çoxplanlı qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafına xidmət edəcəkdir.

Nəqliyyat və logistika, energetika, sənaye kooperasiyası, kənd təsərrüfatı, mədəni-humanitar əməkdaşlıq və digər sahələrdə əldə edilmiş razılıqların iki qardaş xalqın rifahı naminə ardıcıl həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Səfər çərçivəsində Füzuli şəhərində aparılan tikinti işləri ilə də tanış olduqlarını qeyd edən Özbəkistanın Baş naziri bu şəhərin yaxın illərdə Azərbaycanın ən maraqlı və gözəl yerlərindən birinə çevriləcəyini bildirib.

A.Aripov həmçinin Azərbaycanın Baş nazirini Özbəkistana rəsmi səfərə dəvət edib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Daşkənddə 4,0 maqnitudalı zəlzələ baş verib
Next: “Qarabağ” Polşada uduzub

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.