Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Voleybol üzrə Zəfər Kubokuna yekun vurulub, qaliblər müəyyənləşib
  • İdman

Voleybol üzrə Zəfər Kubokuna yekun vurulub, qaliblər müəyyənləşib

rubinroot İyul 16, 2023
1689510447_1650287452_1650286148_1650126484_voleybol-1497176

Qusar Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalistlər arasında voleybol üzrə Zəfər Kubokuna yekun vurulub.

“Report”un məlumatına görə, sonuncu oyun günündə yarımfinal, 3-cü yer uğrunda və final matçları keçirilib.

İlk yarımfinal görüşündə “Suqovuşan” və “Kəlbəcər” komandaları üz-üzə gəliblər. Rəqibini 2:0 hesabı ilə məğlub edən ikincilər adını finala yazdırıb.

Yarımfinalın digər oyununda isə “Şuşa” “Xankəndi”nə eyni hesabla qalib gələrək həlledici matçda “Kəlbəcər”ə rəqib olub.

Məğlub komandalar isə 3-cü yer uğrunda görüşdə münasibətlərinə aydınlıq gətiriblər. “Suqovuşan”ı 2:1 hesabı ilə üstələyən “Xankəndi” turnirin bürünc medallarına sahib çıxıb.

Bu oyundan sonra final matçı baş tutub. Hər iki setdə rəqibini yenən “Şuşa” ardıcıl ikinci dəfə yarışın qalibi olub.

Sonda mükafatlandırma mərasimi keçirilib. Çempion komandaya kubok və qızıl medallar, iki və üçüncü yerin sahiblərinə isə müvafiq olaraq, gümüş və bürünc medallar təqdim olunub. Turnirin ən yaxşı oyunçusu seçilən “Şuşa”nın voleybolçusu Anar Məmmədov isə xüsusi mükafata layiq görülüb.
Zəfər Kuboku
16 iyul
Yarımfinallar
10:00. “Suqovuşan” – “Kəlbəcər” – 0:2
11:00. “Xankəndi” – “Şuşa” – 0:2
3-cü yer uğrunda görüş
12:00. “Suqovuşan” – “Xankəndi” – 1:2
Final
13:00. “Şuşa” – “Kəlbəcər” – 2:0
Qeyd edək ki, Zəfər Kubokunun təşkilatçısı İdman Araşdırmalar Mərkəzi, baş sponsoru “Avrora Qrup”, dəstəkçiləri Azərbaycan Voleybol Federasiyası, Qusar Olimpiya İdman Kompleksi və Azərbaycan İdman Jurnalistləri İctimai Birliyidir. Əvvəlki analoji yarışlar Bakıda təşkil olunub. Qalib adını isə “Zəngilan” və “Şuşa” komandaları qazanıb.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: DİM: İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan olunması nəzərdə tutulur
Next: Ukraynalı qadınların cəbhədəki hazırlıq – Görüntüləri

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.