Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Paris-2024 Olimpiya məşəlinin marşrutu açıqlanıb
  • İdman

Paris-2024 Olimpiya məşəlinin marşrutu açıqlanıb

rubinroot İyul 12, 2023
fire_olimpiada

Paris-2024 Olimpiya məşəli 400-dən çox şəhərdən keçirilərək Olimpiya Oyunlarının açılış mərasiminə çatdırılacaq.

Trend xəbər verir ki, Paris Oyunları Təşkilat Komitəsi 2024-cü il mayın 8-dən iyulun 24-dək Fransa ərazilərindən keçiriləcək Olimpiya məşəlinin marşrutunu açıqlayıb. Bildirilib ki, 65 şəhərdə xalqlar arasında sülh və dostluq rəmzi olan Olimpiya məşəlinin gəlişi təntənə ilə qeyd ediləcək.

Estafetdə 10 min insan iştirak edəcək. Mon-Sen-Mişel, Versal sarayı, Karkason şəhəri, Millo viadükü, Sent-Emillion üzüm bağı, Anqulemdəki komiks muzeyi, Kann festival zalı, Monblan vadisi kimi məkanlar Olimpiya məşəlini qarşılayacaq.

İyunun 8-dən 17-dək okeanlar estafeti baş tutacaq. İyulun 14-də Olimpiya məşəli Parisə çatacaq və 48 saat ərzində bütün rayonları keçəcək. Sonra Sən-Qantən, Bove, Mo, Kretey, Versal və Nanter şəhərlərini dolaşaraq Olimpiya Oyunlarının açılış mərasiminə çatdırılacaq.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: ABŞ prezidentinin xüsusi elçisi Çinə səfər edəcək
Next: NATO ölkələri Şimali Koreyanın nüvə proqramını pisləyib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.