Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev şəhid və qazi övladları, aztəminatlı ailələrin uşaqları üçün idman zalı açdı:
“Şəhidlərimizin və qazilərimizin övladları, aztəminatlı ailələrin uşaqları üçün hazırladığım idman zalı fəaliyyətə başladı. Artıq idmançılarımız ilk məşqlərə başlayıb, zal Pirşağı qəsəbəsində stansiyanın yanında yerləşir. Kikboksinq məşqləri peşəkar müəllimlər tərəfindən ödənişsiz keçirilir”-deyə millət vəkili bildirib.Adil Əliyev qeyd edib ki, məqsədimiz ölkəmizə, dövlətimizə yararlı idmançılar hazırlamaq, gənclərimizi milli-mənəvi dəyərlərə bağlı, fiziki cəhətdən sağlam yetişdirməkdir.
Rubin.az