Yay aylarında insanların bir çoxu sərinləmək üçün kondisionerdən istifadə edir.
Lakin kondisionerin uzun müddət istifadəsi bəzi insanların səhhətinə mənfi təsir göstərir.
Bəs, qızmar yay günlərində sərinləmək üçün nə etməliyik?
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, isti zamanlarda sərinləmək üçün bir sıra üsullara əl atmaq lazımdır:
Sərin paltarlar və ya pambıq məhsullar geyinin
Bu, bədən istiliyinizi tarazlıqda saxlamağa kömək edəcək. Beləliklə, tərləmənin də qarşısı alınacaq.
Günəşin qarşısını alan pərdələrdən istifadə edin
İşığa davamlı qaranlıq pərdələr evinizin həddindən artıq istilənməsinin qarşısını alır. Belə pərdələrdən istifadə etməklə istiliyin pəncərədən içəri daxil olmasının qarşısını ala bilərsiz.
Su içməyi unutmayın
Xüsusilə, temperaturun yüksək olduğu günlərdə bol su istehlak etmək bədən istiliyinizi tarazlıqda saxlamağa kömək edəcək.
Evin aşağı mərtəbəsində vaxt keçirin
Dupleks evlərdə isti hava yuxarı qalxır. Bu, yuxarı mərtəbənin aşağıdan daha isti olmasına səbəb olur. Odur ki, gün ərzində vaxtınızı evin birinci mərtəbəsində keçirməyə üstünlük verin.
Corablarınızı dondurucuya atın
Sərinləmək üçün corablarınızı soyuda bilərsiz. Ayaqlarınızı sərin tutmaqla bədəninizin digər hissələrini də soyuda bilərsiz.