Avstriyada təlim-məşq toplanışını başa vuran “Qarabağ” sonuncu yoxlama oyununu keçirib.
Azərbaycan çempionu Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) ilə üz-üzə gəlib.
“Vörgl” stadionunda baş tutan qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.
“Qarabağ” Avstriyadakı ilk görüşündə Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə etmişdi – 3:3. Son ölkə çempionu ikinci matçında isə Polşa “Legiya”sına uduzmuşdu – 0:2.