Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında idmançılarımızın çıxışları hamımızın diqqət mərkəzindədir.
Rubin.az xəbər verir ki. bu sözləri millət vəkili Adil Əliyev deyib.
O qeyd edib ki, qazanılan medallar, himnimizin səsləndirilməsi, bayrağımızın yüksəldilməsi bizi sevindirir. Milət vəkili Kikboksinqin full-contact versiyasında 63.5 kq çəki dərəcəsində çıxış edən və bütün rəqiblərinə qalib gələrək, çempion olan Ağamoğlanov Fəridi və məşqçisi Eduard Məmmədovu, eləcə də medal qazanmış bütün idmançılarımızı təbrik edib, qarşıdakı yarışlarda uğurlar arzulayıb.