Bazar, 29 Noyabr 2026 06:32:34 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00
Siyasət

Ermənistan rəsmiləri artıq Xankəndindəki separatçı məmurların zənglərinə cavab vermir…

02.07.2023 17:25 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
Artıq 3 ildir ki, Qarabağdakı separatçı-terrorçu rejimin mənsublarıyla Ermənistan rəsmiləri arasında heç bir münasibət yoxdur. “Bu, yenilik deyil”.

 

Moderator.az xəbər verir ki, “@reartsakh” teleqram-kanalının yazdığına görə, bu haqda Xankəndindəki  qanunsuz “qanunverici orqan”ın “ədalət” fraksiyasının üzvü Metaxe Akopyan Ermənistandakı rəsmilərin “artsax”lı həmkarlarının zənglərinə belə, cavab verməməsi barədə məlumatı şərh edərkən danışıb.
“Bir ay əvvəl biz bu sualı Qarabağın milli assambleyasında vermişdik, dövlət naziri dedi ki, onlarla heç bir məsələ müzakirə olunmayıb, heç bir əlaqə yoxdur, xarici işlər nazirinin müavini də, Milli Məclisin sədri də bunu təsdiqləyib” -xəbərin ardında belə deyilir.
Məlumatda bildirilir ki, son 200 günlük “blokada” dövründə də Xankəndindəki qondarma “parlament”lə Ermənistan rəsmiləri arasında heç bir münasibət olmayıb. Qeyd edilir ki,  Ermənistan parlamentinin sədri Alen Simonyan heç olmasa bir dəfə zəng edib işlərin necə getdiyini soruşmağı da lazım bilməyib. Yəni parlamentlər arasında münasibət necədirsə, digər dövlət orqanlarının da münasibəti elədir. Keçmiş “nazir”lərdən biri də deyib ki, Ermənistan Xarici İşlər Naziri  onun zənglərinə cavab vermir. O hətta elektron poçta da yazmalı olub, bu da cavabsız qalıb…
Xəbərdə xatırladılır ki, bir gün əvvəl “Hetq” nəşrinin baş redaktoru Edik Baqdasaryan öz “Facebook” səhifəsində yazıb ki, Ermənistan rəsmiləri artıq Xankəndindəki separatçı rejimdəki həmkarlarının zənglərinə cavab vermirlər…
↑