“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu, milyarder İlon Mask Fransada etirazçıların bu qədər silahı haradan əldə edə bildiyinə təəccüblənib.
Milyarder bu barədə “Twitter”də paylaşım edib:
“Onlar bu qədər silahı haradan alırlar?”, – deyə Mask qeyd edib.
O həmçinin əlavə edib ki, Avropada adi vətəndaşlar üçün silah sahibliyi son dərəcə məhduddur. Mask etirazçılar tərəfindən istifadə edilən silahların çoxunun oğurlanmış və ya qeyri-qanuni yollarla Fransaya gətirilə biləcəyini qeyd edib.
KONKRET.az