Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Tovuzda leysanın yollara vurduğu ziyan…
  • Siyasət

Tovuzda leysanın yollara vurduğu ziyan…

rubinroot İyul 1, 2023
tovuz-korpu

Tovuz rayonunda yağan intensiv leysan yağışları nəticəsində rayonun yol infrastrukturuna ziyan dəyib, bəzi yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  bildirilib ki, rayon ərazisində Tovuz-Böyük Qışlaq-Qaralar (Əsrik kəndi ərazisində), Tovuz-Qovlar-Ağbaşlar və Sarıtala-Çobansıxnaq avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, suötürücü borulara ziyan dəyib.

Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “26 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Qeyd edək ki, sözügedən yollar nəzarətdə saxlanılır.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Avropa Oyunları: Boks millimiz “Top-13″də…
Next: The way to get the Most Through your Marketing Observations

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.