Bazar, 29 Noyabr 2026 06:48:34 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00
İdman

Avropa Oyunları: Boks millimiz “Top-13″də…

01.07.2023 20:08 · 34 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Krakov-2023 III Avropa Oyunlarında boks yarışları davam edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, bu gün həlledici döyüşlərə start veriləcək.

Kişi boksçular iki gün ərzində 7 çəkidə qızıl və gümüş medalların sahiblərini müəyyənləşdirəcək. Final qarşılaşmalarında 13 müxtəlif ölkənin boksçuları rinqə çıxacaq.

Azərbaycan millisi də həlledici görüşlərdə təmsil olunan komandalar sırasında yer alıb. Məhəmməd Abdullayev +92 kq çəkidə qızıl medal üçün mübarizə aparacaq.

Final həyəcanı yaşayacaq yığmalardan yalnız Fransanın iki üzvü rinqə çıxacaq. Türkiyə, Bolqarıstan, Gürcüstan, Serbiya, Danimarka, Ukrayna, Xorvatiya, İrlandiya, İtaliya, Böyük Britaniya və İspaniya isə yığmamız kimi bir boksçusundan qızıl gözləyir.

Bir gün əvvəl başa çatan yarımfinal döyüşləri təkcə finalçıları deyil, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyaların sahiblərini də müəyyənləşdirib. 14 finalçı ilə yanaşı, 4 çəkidə yarımfinalçılar da bu hüquqa yiyələnib. 51 kq, 92 kq və +92 kq çəkidə iki, 57 kq, 63,5 kq, 71 kq və 80 kq kateqoriyasında dörd boksçu Fransa paytaxtına vəsiqə qazanıb.

Avropadan Parisə birbaşa 22 lisenziyadan ikisi Azərbaycana gəlib. Məhəmməddən başqa, bürünc medalla kifayətlənən Murad Allahverdiyev (80 kq) də bu uğura sevinib.

Düzdür, Avropa yığmaları Krakov-2023-dən sonra da Olimpiadaya lisenziya qazana bilər. Amma taleyinin 2024-cü ildə təşkil olunacaq iki Dünya təsnifat turnirindən asılı olmasına imkan verməyən 22 boksçu artıq Paris-2024-ə hazırlaşa bilər.

Yalnız 16 yığma artıq belə lisenziya əldə edib. Azərbaycan millisi Türkiyə, İrlandiya, İtaliya və Bolqarıstan kimi 2 vəsiqə qazanıb. Bu göstəricidə lider Fransadır – 3 lisenziya. İspaniya, İsveç, Belçika, Gürcüstan, Macarıstan, Serbiya, Danimarka, Ukrayna, Xorvatiya və Böyük Britaniya Olimpiya Oyunlarında bir boksçu ilə təmsil olunmaq hüququna sahib çıxıb.

Qeyd edək ki, kişi boksçuların yarışında 42 ölkənin təmsilçiləri mübarizə aparıb. Yığmamız bütün çəkilərdə təmsil olunub.

↑