Milli Məclisin sədr müavini, Millət vəkili Adil Əliyev xalqımızı Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:
“Bütün xalqımızı ürəkdən təbrik edirəm, hamınıza ruzi-bərəkət, firavanlıq və rifah arzulayıram. Bayram namazımız Şuşada Gövhər Ağa məscidində qılınır, Ağalı kəndində, Suqovuşan qəsəbəsində, Laçın şəhərində və işğaldan azad edilmiş digər torpaqlarımızın doğma sakinləri qurbanlarını öz yurdlarında, həyətlərində kəsirlər. Allah bütün arzularınızı çin etsin!
Qurban Bayramınız mübarək olsun!”