Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Avropa çempionu: “Azərbaycan üçün medal qazanmaq böyük şərəfdir”
  • İdman

Avropa çempionu: “Azərbaycan üçün medal qazanmaq böyük şərəfdir”

rubinroot İyun 25, 2023
1687637824_e01c086a-5a97-32af-b8a7-73ff38ee1f70_850

“Komanda yoldaşlarımın himnimizi oxuduğunu görmək çox gözəl idi. Ölkəm üçün medal qazanmaq böyük şərəfdir”.

Bunu Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında qızıl medal əldə edən Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

90 kq-dan yuxarı çəkidə qitə çempionu olan idmançı özünü əla hiss etdiyini bildirib: “Komandaya daha bir qızıl medal qazandırmaq məni çox sevindirdi. Final görüşündən əvvəl məşqçilərimlə taktiki gedişləri müzakirə etmişdim. Sevinirəm ki, sonda hər şey alındı”.

Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: İrandan Putinə dəstək..
Next: Ukrayna ordusu bir neçə istiqamətdə hücuma keçib

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.