Millətlər Liqasında 2022/23 mövsümünün üçüncüsü müəyyənləşib.
“Unikal” xəbər verir ki, İtaliya üçüncülük matçında Niderlanda qalib gəlib – 3:2.
Hesabı 6-cı dəqiqədə Federiko Dimarko açıb. 20-ci dəqiqədə Davide Frattesi italyanların üstünlüyünü 2 topa çatdırıb. 68-ci dəqiqədə Stiven Berqveyn fərqi azaltsa da, 5 dəqiqə sonra Federiko Kyeza yenidən fərqi artırıb. 90-cı dəqiqədə Georginio Veynaldumun vurduğu qol isə niderlandlılar üçün təsəlli olub.
Millətlər Liqasının final matçı bu gün saat 22:45-də İspaniya və Xorvatiya arasında keçiriləcək.