Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib
  • Gündəm

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

rubinroot İyun 18, 2023
795ef52a77f65a3c81e2d561c13564bc

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Elçin Tağıyev və Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
RUBİN.AZ   xəbər verir ki,  Müdafiə Nazirliyi və ictimaiyyətin nümayəndələrinin, rayon icra hakimiyyətlərinin əməkdaşlarının, şəhidlərin ailə üzvləri və yaxınlarının, döyüş yoldaşlarının, hərbi qulluqçular və kursantların, eləcə də digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimlərdə şəhidlərimizin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub və ehsan süfrələri açılıb.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar, şəhidlərimizin şərəfli ömür və döyüş yolundan danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Özbəkistan və İran Prezidentləri görüşdü
Next: Yoluxanların sayı açıqlandı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.