Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Ərdoğandan dünyaya Şuşa və Zəngəzur MESAJI
  • Siyasət

Ərdoğandan dünyaya Şuşa və Zəngəzur MESAJI

rubinroot İyun 18, 2023
1687088082_1608805767_1599286635_ilham-eliyev-erdoqan1

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ikinci xarici rəsmi səfərini Azərbaycana edib. İyunun 13-14-də baş tutan səfər bir çox məqamla yadda qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş turan səfər zamanı Ərdoğanı xanımı Əminə Ərdoğan, Türkiyənin yeni hökumətinin əsas üzvləri, ATA İttifaqının prezident seçkilərində namizədi olmuş Sinan Oğan və digər şəxslər müşayiət edib.
Səfər zamanı Türkiyə Prezidenti iki ölkə arasında əlaqələr, yeni imkanlar, Zəngəzur dəhlizi, Şuşada Baş Konsulluğun açılması məsələlərinə toxunub.

Maraqlıdır, Türkiyə liderinin Azərbaycana səfərində səsləndirdiyi mesajların siyasi əhəmiyyətini necə qiymətləndirmək olar?

Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli ekspert İmbat Muğlu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın səfəri və verdiyi mesajlar tarixi əhəmiyyət daşıyır:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etdi. Bu, iki ölkə arasında əlaqələrin yüksək olduğunun sübutudur. Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev ilə nümayəndə heyətləri arasında keçirilən görüşdə Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada həsədlə izlənildiyini vurğuladı. Rəcəb Tayyib Ərdoğan bununla bizim ayrılmaz bir millət olduğumuzu bir daha bütün dünyaya bəyan etdi. O, eyni zamanda bu münasibətləri daha da inkişaf etdirmək əzmində olduqlarını da bildirdi.

Ərdoğanın Azərbaycana səfəri zamanı digər diqqət çəkən məqam Şuşada Baş Konsulluğun açılması üçün çalışıldığını deməsidir. Prezident bildirdi ki, istənilən vaxt Şuşada Baş Konsulluq açmağa hazırdır. Şuşada Baş Konsulluğumuz açılsa, bu, başda Ermənistan olmaqla bütün dünyaya fərqli mesaj olacaq.

Digər tərəfdən Maarif Fondumuz Azərbaycan hakimiyyətinin dəstəyi ilə təhsil sahəsində fəaliyyətini davam etdirir. Gələn il yeni təhsil şəhərciyini də açmağı planlaşdırırıq.

Ərdoğan və İlham Əliyev dünyaya birlik mesajı verdiyi bir vaxtda, Zəngəzur məsələsinin tez həll edilməli olduğunu və Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu da bildirdilər. Bütün tərəflərə məlumdur ki, bu dəhlizin açılışı bütün ölkələr üçün yeni imkanlar açacaq”, – deyə ekspert bildirib.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bakıda binada yanğın baş verib, 8 nəfər təxliyə olunub
Next: Bakı-Qazax yolunda zəncirvari qəza oldu – Xəsarət alanlar var

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.