Bazar, 29 Noyabr 2026 07:48:39 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00
Gündəm

XİN bəyanat yaydı

18.06.2023 09:34 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun tarixi ölkəmizdə Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.

RUBİN.AZ   xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir:

“Demokratiya və inkişaf yolunu tutan Azərbaycanda insan hüquqları 1995-ci il ölkə Konstitusiyası ilə qorunur. Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub. Bu il ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənədin təsdiq edilməsinin 25 ili tamam olur.

Ötən illər ərzində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara uyğunluğunun təmini, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə mühüm işlər görülüb. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, eləcə də ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının nümunəsi sayılır. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlamış “Bakı Prosesi” çərçivəsində ölkəmizdə çoxsaylı Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və digər beynəlxalq tədbirlər keçirilib. Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. BMT Baş Assambleyasının qətnamələrində Azərbaycanda müntəzəm olaraq təşkil olunan Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu “mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma” olaraq tanınır.

İnsan hüquqları və əsas azadlıqların təmin olunması istiqamətində ölkə daxilində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan beynəlxalq insan hüquqları müdafiə sisteminə də töhfəsini verir. Azərbaycan 2006-cı ildə yaradılmış BMT-nin İnsan Hüquqları Şurasının ilk üzvləri sırasında olub, 2014-cü ildə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edib.

Azərbaycan Respublikasının təşəbbüsü ilə 2002-ci ildən etibarən BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər” adlı qətnamə iki ildən bir dövri əsasda, Qoşulmama Hərəkatının sədri qismində irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasının (İHŞ) sessiyalarında, “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf məqsədlərinin təşviq edilməsi” adlı qətnamə İHŞ-də yekdilliklə qəbul edilmişdir.

Azərbaycanın təşəbbüsü ilə BMT İHŞ-də “Minaların insan hüquqlarına təsiri”, “İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə mədəni müxtəlifliyin təşviqinin vacibliyi”, “İrqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və digər əlaqəli dözümsüzlüklə mübarizədə təhsilin rolu” mövzularında səsləndirilmiş birgə bəyanatlar çoxsaylı dövlətlər tərəfindən dəstəklənib.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci, İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının 25-ci ildönümündə Azərbaycan Respublikası bütün insan hüquq və əsas azadlıqlarının universallığı, qarşılıqlı asılılığı və bölünməzliyi prinsiplərinə sadiq olaraq qalır”.

↑