Adil Əliyev Qambiya Milli Şurasının sədri Fabakari Tombonq Catta ilə görüşüb.
RUBİN.AZ xəbər verir ki, görüşdə parlamentlər arasında əməkdaşlığın inkişafı, dünyada mövcud vəziyyət barədə qarşılıqlı fikir mübadiləsi aparııb. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu rəhbərliyindən habelə, bu Hərəkatın lideri olaraq COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşlərinin təşkilindən, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsini yaratmaqla verdiyi töhfədən bəhs edilib. Adil Əliyev Ermənistanın 30 il davam etmiş təcavüzü barəsində məlumat verilərək, törətdikləri qırğınları, 1 milyondan artıq insanımızın yurd-yuvalarını tərk etməsini və həqiqətlərimizi spikerin diqqətinə çatdırıb. Millət vəkili 3 ilə yaxındır ki, müharibənin bitməsinə baxmayaraq, Ermənistanın hələ də sülh müqaviləsinin imzalamadığını və sülhün qarşısında əngəl olmasını diqqətə çatdırıb.
Habelə, Parlamentlərarası münasibətlərlə bərabər beynəlxalq parlament təşkilatlarında qarşılıqlı əməkdaşlığın hər iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.
Qeyd edək ki, görüşdə Milli Məclisin sədr müavini Adil Əliyev, millət vəkili Mahir Abbaszadə və Mərakeş Krallığındakı səfirimiz Nazim Səmədov iştirak edib.