Milli məclisin sədr müavini, millət vəkili Adil Əliyev 12 iyun tarixində Kasablankada Mərakeş Krallığının Boks Federasiyasının Prezidenti Abdelkrim El Hilali və Taekvondo Federasiyasının Prezidenti Driss El-Hilali ilə görüşüb.
RUBİNI.AZ xəbər verir i, görüşdə Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkəmizdə aparılan uğurla idman siyasətindən, cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ilə Azərbaycanda idmanın uğurlu inkişaf mərhələsinə qədəm qoymasından bəhs edilib. Məhz fiziki cəhətdən sağlam və vətənpərvər duyğularla yetişmiş Azərbaycan gəncliyinin Ermənistanın 30 illik işğalına son qoymasından danışılıb. Ölkəmizdə təşkil edilmiş IV İslam Həmrəyli Oyunlarını, eləcə də Azərbaycanın beynəlxalq olimpiadaları, yarışları, çempionatları yüksək səviyyədə təşkili bu gün ölkəmizi dünyada idman ölkəsi olaraq tanıtdığı diqqətə çatdırılıb. Bildirilib ki, İdmançılarımızın göstərdikləri yüksək nailiyyətlər, qazandıqları uğurlar idmanı ölkəmizin brendlərindən birinə çevirmişdir.
Daha sonra Federasiya rəhbərləri ilə idmanla bağlı maraqlı mövzular və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi. Görüşdə ölkəmizin Mərakeşdəki səfiri Nazim Səmədov iştirak edirdi.