Bazar, 29 Noyabr 2026 08:32:45 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Vərəsə yoxdursa, miras kimə qalır, borcu kim ödəyir?27.11.2026 09:00 Bakıda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub26.11.2026 21:00 Estoniya xarici işlər naziri Bakıya gəlir26.11.2026 18:00
Gündəm

Aİ Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verdi

12.06.2023 19:46 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentlərinə müraciət edərək, azərbaycanlıların zorla qovulduğu Ermənistandakı evlərinə qayıtmaq hüququnun təmin edilməsinə Aİ-nin müdaxiləsini xahiş edib.

Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Aİ bu müraciətlərə rəsmi cavab verib.

Cavabında Aİ bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququnu dəstəklədiyini birmənalı şəkildə təsdiq edir və bu məsələnin daha geniş sülh prosesi çərçivəsində əhəmiyyətini qeyd edir.

Beynəlxalq aləmdə böyük çəkiyə malik olan Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşmasında və regionda sülh və sabitliyin təşviqində mühüm rol oynayır.

Biz hesab edirik ki, Aİ-nin azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüququnu dəstəkləməsi bu işə beynəlxalq dəstəyin gücləndirilməsində mühüm addımdır. Fikrimizcə, bu rəsmi cavab Ermənistandan qovulmuş azərbaycanlıların çətin vəziyyətinin həll edilməsinə olan təcili ehtiyacının beynəlxalq səviyyədə artan etirafını ifadə edir. Bu, həm də Qərbi Azərbaycan İcmasının bu aktual humanitar problemin ədalətli və davamlı həllinə nail olmaqda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.

Qərbi Azərbaycan İcması bu istiqamətdə Aİ ilə gələcək dialoq və praktiki əməkdaşlığı səbirsizliklə gözləyir. İcma azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək, beləliklə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq regionda barışıq, sabitlik və birgəyaşayışı təşviq etmək üçün Aİ ilə sıx əməkdaşlıq etməyə sadiq qalır.

↑