Milli məclisin sədr müavini, millət vəkili Adil Əliyev bu gün Qahirədə Ərəb Parlamentinin sədri cənab Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.
Rubin.az xəbər v erir ki, görüşdə Milli Məclis ilə Ərəb Dövlətləri Liqasının qanunvericilik orqanı olan Ərəb Parlamenti arasındakı münasibətlərdən bəhs edilib. Adil Əliyev qeyd edib ki, ərəb ölkələri Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə, 44 günlük Vətən müharibəsi və ölkəmizin qazandığı tarixi Zəfərdən sonra da hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişdir.
Millət vəkili Ermənistanın təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul olunmuş çoxsaylı qətnamələrin bizim üçün olduqca vacib olduğunu bildirib. Habelə, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil edilmiş kikboksinq yarışında iştirak etmək üçün Misirə səfər etdiyini diqqətə çatdırıb. Parlament sədri bu ilin may ayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Milli Məclisin xüsusi sessiyasında iştirak etməsini və bu səfər zamanı Prezident İlham Əliyevlə, Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirilən görüşlərdən böyük məmnunluq duymasını qeyd edib.