Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək.
Bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya idarəsinin rəisi Fəxrəddin Altun bildirib.
Onun sözlərinə görə, Ərdoğan həmin gün ölkənin yeni hökumətinin tərkibini də açıqlayacaq.
Xatırladaq ki, Türkiyə Ali Seçki Komissiyasının seçkilərin nəticəsi ilə bağlı açıqlanan yekun rəsmi məlumatına əsasən, Ərdoğan 52.18, Kılıçdaroğlu isə 47.82 faiz səs alıb.