İranda yağan intesiv yağışların yaratdığı daşqınlar Azərbaycanla sərhədyani rayonlardan axan çaylarda suyun səviyyəsinə ciddi təsir edib.
“Qafqazinfo”nun məlumatına görə, bu səbəbdən İranla sərhəddə yerləşən Bolqarçayda suyun səviyyəsi artıb.Belə ki, sakinlərin sözlərinə görə, suyun səviyyəsində görünməmiş həcmdə artım axşam saatlarından başlayaraq müşahidə olunur.
Hazırda müvafiq qurumlar çayın sahilində bərkidilmə işləri görürlər.