Cəlilabad rayonunda “QAZel” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.
RUBİN.AZ xəbər verir ki, baş verən qəzada yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olublar. Belə ki, qəza zamanı “QAZel” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə mikroavtobus yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Hadisə ilə bağlı son məlumata görə, 8 nəfər xəstəxanaya müraciət edib, onlardan 3 nəfərinin vəziyyəti ağırdır.
Yaralılar fərdi və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
İlkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun sükanında yaranmış problem olub.
Faktla bağlı araşdırma aparılır.
Axar.az