Bakıda yeni tikilən binada bədbəxt hadisə baş verib.
Hadisə dünən saat 14 radələrində Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində inşa edilən “Baku Residence” yaşayış kompleksində baş verib.
Orada usta işləyən 1972-ci il təvəllüdlü Məcnun Bayramov 20-ci mərtəbədən yıxılıb. M.Bayramov hadisə yerində vəfat edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.