Bu gün bəzi rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
RUBİN.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, 0 “Qaz İxrac” İdarəsinə məxsus “Altıağac-Ağsu” Magistral Qaz Kəmərinin daxili səthinin təmizlənməsi ilə bağlı aprelin 4-də saat 09:00-dan işlər başa çatanadək “Altıağac 1-ci xətt”, “Cənnət Bağı”, “Hacılı əhali” və “Xilmilli kəndi” ölçü qovşaqlarından, həmçinin saat 12:00-dan işlər başa çatanadək “Şamaxı”, “Mədrəsə” və “Çuxuryurd” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Şamaxı rayonu tam olaraq, Xızı və Qobustan rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.